Rusiyanın Mərkəzi Afrikada informasiya manipulyasiyası cəhdləri
Rusiya ehtiyac içində olan Afrika xalqlarının təhlükəsizliyini təmin etmək üçün unikal imkanlara sahib olduğunu iddia etsə də, reallıq tamamilə fərqli mənzərə yaradır.
Mərkəzi Afrika ölkələrində texnoloji tərəqqinin və internetdən istifadənin artdığı bir dövrdə Rusiya Afrikanın informasiya mühitini aldadıcı narrativlərlə doldurmaq imkanından yararlandı. Səhiyyədən tutmuş təhlükəsizliyə qədər bu narrativlər Rusiyanın xarici siyasətini inkişaf etdirmək üçün daha geniş xarici məlumatların təhrif olunması və müdaxilə (FIMI) cəhdlərinin bir hissəsi olan çox sayda onlayn manipulyasiya vasitəsi ilə dəstəklənir.
Son onillikdə, Rusiya bir sıra Afrika ölkələrində çox vaxt uydurma və təsdiqlənməmiş məlumatların faktlara əsaslanan reportajları və müstəqil jurnalistikanı üstələdiyi dezinformasiya ekosistemi yaradıb. Bu məkrli fəaliyyətlər Qərb əleyhinə informasiya manipulyasiyasından istifadə etməklə yanaşı, demokratik qurumlara olan inamı sarsıdır və yerli əhalinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurur.
Rusiya, eləcə də onun xarici məlumatların təhrif olunması və müdaxilə sənayesi Kremlin ehtiyac içində olan ölkələrə təhlükəsizlik və hərbi yardım göstərmək üçün unikal imkanlara sahib olduğunu iddia etsə də, reallıq təhlükəsizlik və sabitliyin davamlı şəkildə pisləşməsi ilə xarakterizə olunan çox fərqli mənzərəni əks etdirir. Bu, Rusiyanın öhdəliklərini yerinə yetirə bilməməsinin altından xətt çəkməklə yanaşı, bunu etmək üçün real niyyətinin olmadığını açıq-aşkar şəkildə nümayiş etdirir.
EUvsDisinfo veb-saytının bu bölməsində EEAS, müstəqil jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyətinin fikirləri əsasında Rusiyanın FIMI-nin Afrikadakı fəaliyyəti haqqında məzmun təqdim olunur. Burada həmçinin açıq mənbə məlumatları ilə dəstəklənən, qitədədəki Kremlyönümlü FIMI insidentlərini ifşa olunur.
Rusiya ehtiyac içində olan Afrika xalqlarının təhlükəsizliyini təmin etmək üçün unikal imkanlara sahib olduğunu iddia etsə də, reallıq tamamilə fərqli mənzərə yaradır.
EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.